Onlar da narkotik əməliyyatında saxlanıldılar

Türkiyədə şou-biznes və media nümayəndləri arasında narkotik vasitələrin istifadəsi və yayılması ilə bağlı aparılan genişmiqyaslı istintaq davam edir. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun göstərişi ilə keçirilən xüsusi əməliyyat zamanı “Miss Turkey 2016” gözəllik müsabiqəsinin qalibi, model Buse İskenderoğlu və “Ege!” ləqəbli reper Ege Karataşlı saxlanılıb.
Xatırladaq ki, bundan öncə narkotik cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən eyni əməliyyat çərçivəsində, “Habertürk TV”nin keçmiş baş redaktoru Veyis Ateş, Mehmet Akif Ersoy, “Süzer Holding”in vəliəhdi Ali Baran Süzer və sosial media fenomeni Taner Çağlı da nəzarətə götürülüb. Şübhəlilərə qarşı “narkotik vasitələrin ticarəti”, “istifadəni asanlaşdırmaq” və “şəxsi istifadə üçün narkotik saxlama” kimi ağır ittihamlar irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












