Özünü yandıran qazi dünyasını dəyişdi - FOTOLAR

Ağstafada özünü yandıran qazi ölüb. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Ağstafa rayon sakini - 1992-ci il təvəllüdlü Elvin Alıyev bu gün səhər saatlarında Bakı şəhərində yerləşən Yanıq Mərkəzində həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki hadisə iyunun 18-də Ağstafa rayonunun ərazisində qeydə alınıb.
Belə ki, Ağstafa şəhər Füzuli küçəsinin sakini olan 1992-ci il təvəllüdlü Elvin Alıyev yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, dərhal ona tibbi yardım olunub. İlkin müayinə zamanı E.Alıyevin bədənin 70 faizinin yanığı diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğundan Bakı şəhəri Yanıq Mərkəzinə göndərilib.
Qeyd edək ki Vətən Müharibəsi qazisi olan E.Alıyev üzərinə neft tökərək özünü yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

.jpeg)

Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












