Pakistan vətəndaşına qarşı quldurluq edən şəxsə hökm oxunub

Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Yunis Ağayevin cinayət işi üzrə məhkəmə keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yunis Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə iyun ayında Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində baş verib. İttihama görə, Yunis Ağayev əvvəlcədən tanış olduğu Pakistan Respublikasının vətəndaşı Fareed Ghulam Akhtar Muhammad Shakelin üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurub və onun cibində olan 430 manat nağd pulu, 5 manat dəyərində olan "Winston Xs" markalı siqaret qutusunu ələ keçirərək ümumilikdə ona 435 manat məbləğində maddi ziyan vurub. Faktla bağlı cinayət işi başlanılıb. Yunis Ağayevə Cinayət Məcəlləsinin 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə yekun ittiham elan olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












