Paytaxtda pul daşıyan avtomobillərə silsilə hücumlar edilib - 2.7 milyon dollar ...

Yaponiyanın paytaxtı Tokioda ümumi dəyəri 420 milyon yen (2.7 milyon dollar) olan nağd pul daşıyıcılarının seriyalı soyğunçuluq hadisəsi baş verib.
Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Yaponiyanın "47 News" portalı məlumat verib.
"Qurbanlardan biri bildirib ki, ona gözyaşardıcı qaza bənzər bir şey püskürdüblər və avtomobilinə yüklənmiş üç çamadanı oğurlayıblar", - deyə nəşr yazıb.
Portalın məlumatına görə, bir neçə saat sonra polisə 190 milyon yen (1.2 milyon dollar) daşıyan bir kişidən zəng gəlib. Haneda hava limanında ona gözyaşardıcı qaz püskürdülüb, lakin çamadanı oğurlamayıblar və sonradan qaçıblar. Qeyd edildiyinə görə, polis hadisələri əlaqələndirir və birlikdə araşdırır.
Həmçinin bildirilir ki, təxminən eyni vaxtda qonşu küçədə daha əvvəl 50 yaşlı piyadanı vuran və hadisə yerindən qaçan tərk edilmiş avtomobil aşkarlanıb. Vurulan kişi heç bir ciddi xəsarət almayıb.
Polisin ilkin məlumatlarına görə, piyadanı da həmin qruplaşmadan olan soyğunçular vurublar.
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












