Piyadanı vuraraq qaçan qadın sürücü yenidən məhkəmə qarşısında

Avtomobillə piyadanı vuraraq qaçmaqda təqsirləndirilən Gülsüm Adıgözəlovanın barəsindəki yenidən kassasiya şikayəti verilib.
Avtosfer.az-ın Pravda.az-ya istinadən məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
İttihama görə, hadisə 10 mart 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, Gülsüm Adıgözəlova idarə etdiyi “Kia Picanto” markalı avtomobillə hərəkətdə olarkən yolun “Bravo” mağazanın yaxınlığından keçən hissəsində dayanmış piyada Müşfiq Vəliyevi vurub və hadisə yerindən qaçıb.
Hadisədən sonra Gülsüm Adıgözəlova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə həmin cəzasını dəyişdirib və Gülsüm Adıgözəlova 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












