Piyadanı vurub öldürən sürücü saxlanıldı

Şəmkirdə piyadanı vurub öldürən sürücü tapılıb.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Ford ” markalı yük avtomobili ilə törədilməsi müəyyən edilib.
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Hacıqabul rayon sakini 1977-ci il təvəllüdlü B. Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb. Faktla bağlı araşdırma aparılır. (Apa)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












