Polis dəmir yolu xəttində kabellərin kəsilməsi faktında siyasi təxribat ehtimalını araşdırır

Almaniyanın Köln və Düsseldorf şəhərləri arasındakı strateji əhəmiyyətli dəmir yolu xəttində kabellərin kəsilməsi nəticəsində hərəkətdə ciddi məhdudiyyətlər yaranıb. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, naməlum şəxslər yeraltı kabel şaxtasını açaraq bütün rabitə xətlərini sıradan çıxarıblar. Nəticədə Leverkuzendəki idarəetmə məntəqəsi fəaliyyətini dayandırıb və Reyn çayı boyunca əsas magistral xətdə hərəkət pozulub. Polis ilkin açıqlamasında hadisənin siyasi motivli təxribat ola biləcəyini istisna etməyib. Kriminal polis idarəsinin əməkdaşları zərərin miqyasını araşdırmaq və maddi sübutlar toplamaq üçün əməliyyat tədbirləri həyata keçirirlər. Hadisə sərnişinlərin hərəkətində ciddi gecikmələrə səbəb olub. Bu istiqamətdə hərəkət edən qatarlar müvəqqəti olaraq digər marşrutlara yönləndirilib, bəzi istiqamətlərdə isə xəttə əvəzləyici avtobuslar buraxılıb. Qeyd edək ki, bu gün səhər saatlarında Almaniyanın şimalında yüksəkgərginlikli xətdə baş verən nasazlıqla əlaqədar Berlin-Hamburq istiqamətində şəhərlərarası sürət qatarlarının hərəkəti məhdudlaşmışdı. Hər iki hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Xatırladaq ki, avqustun əvvəlində naməlum şəxslər Düsseldorf-Duysburq dəmir yolu xəttinə yandırıcı maddələrlə ziyan vurmuşdular. Həmin vaxt yayılan bir məktubla əlaqədar hadisənin sol ekstremist qruplaşma ilə bağlı olduğu iddia edilmişdi. Avqustun sonunda isə Vuppertalda dəmir yolu xətti hücuma məruz qalmışdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












