Polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Almaniya Polisi ölkəyə qanunsuz miqrasiya cəhdləri zamanı iki ağır insan qaçaqmalçılığı faktını aşkarlayıb. Avtosfer.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, qaçaqmalçılar onlarla insanı təhlükəli və insan ləyaqətinə zidd şəraitdə böyük tonnajlı avtomobillərin yük yerində Almaniya istiqamətində daşıyıblar. Birinci hadisədə İrandan olan iki ailənin üzvləri olan yeddi nəfərin Latviyadan Almaniya sərhədinə qədər 15 saatlıq yol boyunca fasiləsiz daşındığı müəyyənləşdirilib. İkinci halda isə Somalidən, Eritreyadan və Efiopiyadan olan 22 nəfərin Belarusdan 31 saatlıq məsafəni eyni şəraitdə daşındığı məlumat olub. Miqrantların hər biri bu səyahət üçün qaçaqmalçılara təxminən 1800 avro ödəyib. Əməliyyatlar nəticəsində latviyalı iki şübhəli saxlanılıb.
Polisin məlumatına əsasən, Almaniyaya qanunsuz daxilolma hallarının ümumi sayı əvvəlki illərlə müqayisədə azalmaqda davam edir. Ötən ay 4776 nəfərin ölkəyə qanunsuz giriş cəhdi qeydə alınıb. Rəsmi statistikaya əsasən, Almaniyada yaşayan qaçqınların ümumi sayı da azalıb və 2024-cü ilin sonundakı 3 milyon 545 mindən 2025-ci ilin ortalarında 3 milyon 495 min nəfərə düşüb.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










