Polis “Qarabağ”-“Çelsi” oyununun biletlərini baha satanları axtarır

“Qarabağ” – “Çelsi” oyununun biletlərin sosial şəbəkələrdə yüksək qiymətlərlə satışa çıxarılması məsələsi klubumuzun və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə Bakıda keçiriləcək matçın qanunsuz bilet satışı ilə bağlı araşdırmaların aparılacağını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, bu barədə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək:
“Polis əməkdaşları tərəfindən qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılacaq”.
“iTickets.az” saytından isə oyunun biletlərinin alışı zamanı yaranan çətinliklə bağlı bildirilib ki, biletlər satışa çıxarıldıqdan dərhal sonra saytda ciddi yüklənmə olub və 25 min nəfərlik onlayn növbə yaranıb:
"Nəticədə biletlər növbəli şəkildə satılıb. Həmin vaxt yalnız 75 manatlıq və VİP sektorlar üçün biletlər əlçatan olub”.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












