Polis zorakılığı: Şəxsi bölmədə döydülər – FOTO

Parisin mərkəzində yerləşən polis bölməsində zorakılıq hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, yerli mediada yayılan videoda bir nəfərin həbs edilərək nəzarətə götürüldüyü görünür. Saxlanılan şəxs əşyalarını təhvil verəndən sonra polis onun əllərini bağlayıb və başına güclü zərbələr endirməyə başlayıb. Bir az keçdikdən sonra digər polis məmuru yaxınlaşır və ona dəfələrlə şillə vurur.
Arxa tərəfdə isə digər polislər bu hadisəyə seyrçi mövqeyində baxırlar. Məlumatlara görə, döyülən 42 yaşlı şəxs peruəsillidir. O, təhqirə görə həbs olunub. Onun qolunun sındığı və şişdiyi videodan aydın görünür.
Bildirilir ki, hadisə ilə bağlı iki polis məmuru vəzifələrindən uzaqlaşdırılıb. Onları 7 ilədək həbs və 100 min avro cərimə gözləyir.
Bu hadisə bir daha onu göstərir ki, özünü “insan hüquqlarının müdafiəçisi” və “demokratiyanın beşiyi” adlandıran ölkədə heç də insan haqlarına məhəl qoyulmur, mülki şəxslərə qarşı şiddət və zorakılıq halları isə adi hal alıb.


Mənbə: “Azərtac”
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












