Polisdən əməliyyat: Narkokuryerlər tutuldu

Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Abşeron rayon sakini Sahib İsmayılov saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın tiryək, marixuana, metamfetamin, əlavə olaraq 140 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində narkotiklərin qeyri-leqal dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat zamanı isə Bakı şəhər sakini Rövşən Allahverdiyev idarə etdiyi avtomobillə saxlanılıb. Həmin nəqliyyat vasitəsindən ümumilikdə 4 kiloqram tiryək, heroin, marixuana və metadon həbləri aşkarlanıb. Araşdırmalarla hər iki şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən kuryerliyə cəlb edildikləri və aşkarlanan narkotik vasitələri pul müqabilində Bakı şəhəri ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.
Araşdırmalar aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












