Polisə qarşı zor tətbiq edən şəxslər həbs edildi

Ötən il noyabrın 30-da Sabirabad rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğundan Avtosfer.az-a bildirilib ki, istintaqla rayonun Moranlı kənd sakinləri Rizvan və Ruslan Mansurovların qeyd olunan tarixdə sonuncuya məxsus çayxanada qumar oyunlarının təşkil edilməsini aşkar etmiş xidməti vəzifələrini yerinə yetirən Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərmələrinə, daha sonra bir qrup şəxs halında xuliqanlıq hərəkətləri etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rizvan və Ruslan Mansurovlara Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












