Polisin əmrinə tabe olmayan sürücü ağır qəza törətdi – 6 miqrant həlak oldu

Bolqarıstanın Burqas şəhərində yol qəzası baş verib və nəticədə avtomobildə olan altı sənədsiz miqrant həlak olub. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Rumıniya vətəndaşının idarə etdiyi, bu ölkəyə məxsus dövlət nömrə nişanlı avtomobildə on nəfər olub. Bildirilib ki, bu da icazə verilən adam sayından iki dəfə çoxdur.
Polis əməkdaşları sürücünün sürət həddini aşdığını və avtomobili kənara çəkmək əmrini verəndə tabe olmadığını söyləyib. Bildirilib ki, qəzadan sağ çıxan üç sərnişinə və sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərilib.
İlkin məlumatlara görə, sağ qalan miqrantlar Əfqanıstandandır.
Xatırladaq ki, Bolqarıstanda son il yarım ərzində miqrant alveri ilə məşğul olan 15-20 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO












