"Prius" la məktəblini vuran sürücü məhkəmə zalından azadlığa buraxıldı

Abşeron Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vəli Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsinin "Qeyd" hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və onun həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib. Vəli Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından dərhal azad edilib. Hökmdə qeyd edilib ki, iş üzrə maddi sübut kimi tanınmış "Toyota Prius" markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın.
İttihama görə, hadisə 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Vəli Vəliyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola yolu keçən piyada, zərərçəkmiş, 2011-ci il təvəllüdlü Valeh Səfərlini (şərti) vuraraq ona bədən xəsarəti yetirib. Daha sonra sürücü yaralını xəstəxanaya aparıb.
Hadisədən sonra Vəli Vəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












