“Prius”un sürücüsü əvvəl mənə söz atdı, sonra döydü”

Yasamal Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəfər Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2000 manat məbləğində cərimə cəzası təyin edilib.
İttihama görə, hadisə 4 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Cəfər Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən həmin yol ilə piyada hərəkətdə olan zərərçəkmiş Günay Ramazanovaya (şərti) maşın yolundan kənara çəkilməsi ilə bağlı irad bildirib. Bu zaman onlar mübahisə edib. Nəticədə Cəfər qadının sol təpə nahiyəsinə iki dəfə, üst dodağına isə bir dəfə yumruq zərbəsi endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Cəfər Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında o, irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, maşını ilə hərəkətdə olan zaman iki nəfər qadının əks istiqamətdən olan yolun avtomobilə aid olan hissəsi ilə hərəkət etməsini görüb. Bu zaman o, avtomobilin pəncərəsindən həmin şəxslərə yoldan kənara çıxmalarını bildirib. Onun bu sözündən sonra orta yaşlı qadın yolun sağ tərəfinə keçib, digər şəxs isə avtomobilin sol tərəfində dayanıb. Həmin vaxt o, idarə etdiyi avtomobili dayandırmaq istəyib, lakin maşında olan nasazlıq səbəbindən dayandıra bilməyib. Bu zaman avtomobilin sol tərəfindən dayanan qadın əlindəki dondurmanı pəncərədən onun sifət nahiyəsinə tərəf tullayaraq gözünə dəyib. Cəfər qeyd edib ki, avtomobili saxlayıb və aşağı düşmək istəyəndə sifətinə dondurma tullayan qadın şillə ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurub və ona “sən kimsən mənə söz atırsan” deyib. O, əsəbiləşdiyi üçün həmin qadının sinəsindən itələyərək yerə yıxılıb.
Məhkəmə iclasında zərərçəkmiş Günay Ramazanova ifadəsində söyləyib ki, Cəfər maşını ilə gedərkən “nazlana-nazlana yerimə” sözünü işlədib. Sürücü ona söz atdığına görə əlində olan dondurmanı onun sifət nahiyəsinə tərəf tullayıb. Bundan sonra həmin şəxs avtomobildən aşağı düşərək onun üstünə gəlib ani olaraq yumruq ilə sinə nahiyənə vurub. Bundan sonra onların arasında dava yaranıbr. Bu zaman onun anası onları ayırmaq istəyərkən Cəfər onun yaxasında yapışaraq bir neçə dəfə zərərçəkmişin sifət nahiyəsindən vurub. Bundan əlavə həmin şəxs uca səslə dəfələrlə onu küçə söyüşləri ilə təhqir edib.
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI
Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO
Avtobus piyadanı vurub ÖLDÜRDÜ
"Bunu insanlara satırlar" - "Azza"dan şikayət - VİDEO
Bakıda avtomobildən oğurluq anı kameraya düşdü - VİDEO
Sosial şəbəkə tanışlığı cinayətlə bitdi: Qız anasının pullarını oğurlayıb kişiyə verdi
Paytaxtda yol çökdü: Tıxacda qalan sürücülər çətin anlar yaşadılar - VİDEO
Hökməli-Qobu yolundakı çuxurlar daşla nişanlanıb, sürücülər yolun kənarına çıxır - VİDEO
Almaniyada dərinləşən skuter problemi










