Prokurorluq Şabranda evə basqın edən şəxslərlə bağlı MƏLUMAT YAYDI

İyunun 24-ü Şabran rayonu ərazisində 1970-ci il təvəllüdlü Gülnarə Hüseynovanın öldürülməsi, onun əri 1966-cı il təvəllüdlü Arif Hüseynova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon prokurorluğundan Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı 1983-cü il təvəllüdlü Elçin Fərzəliyev və Murad Məmmədovun Şabran şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən yaşayış evində dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə Gülnarə Hüseynovanı qəsdən öldürməsi, onun əri Arif Hüseynovu isə öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayəti törətməkdə şübhəli bilinən Elçin Fərzəliyev və Murad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












