Prospektdə qayda pozuntusu davam edir: Piyadalar işıqfora məhəl qoymur - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində yol hərəkəti qaydalarının pozulması qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Heydər Əliyev prospektində baş verib. Kadrlarda bir qrup piyadanın işıqforun qadağanedici siqnalına məhəl qoymadan nizamlanan piyada keçidindən istifadə etdiyi görünür. Bu isə yolda hərəkətin normal axınına maneə yaradıb və nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət formalaşdırıb.
Sürücülərdən biri vəziyyətə etiraz edərək, oxşar hallarla tez-tez rastlaşdığını bildirib. Görüntülərdə qayda pozan piyadalarla yanaşı, işıqforun yaşıl siqnalını gözləyən digər vətəndaşların da olduğu əks olunur.
Qeyd edək ki, həmin piyada keçidi bir müddətdir işıqforla tənzimlənir. Buna baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmədən keçiddən istifadə etməyə davam edirlər.
Nərmin
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












