"Pulu taksi sürücüsü ilə göndərəcəm" deyərək dələduzluq etdi

Paytaxtın Xətai rayonunda onlayn alış-veriş zamanı vətəndaşlardan birinin pulu dələduzluq yolu ilə ələ keçirilib. Avtosfer.az-ın məlumatına görə, müştərilərdən biri zərərçəkənə zəng edərək 1060 manat dəyərində məhsul sifariş verərək onların taksi vasitəsilə göndərilməsini xahiş edib. O, ödənişi sürücü vasitəsi ilə geri göndərəcəyini bildirib. Lakin məhsul qəbul edildikdən sonra ödəniş olunmayıb və həmin şəxs mobil nömrəsini deaktiv edərək zərərçəkənlə əlaqəni kəsib. Vətəndaş etibarından sui-istifadə olunmaqla maddi vəsaitinin ələ keçirildiyini anlayandan sonra isə bu barədə polisə müraciət edib. Polis əməkdaşları tərəfindən qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı V.Qiyasov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












