Qadın iş yerinin önündə bıçaqlandı - Saxlanılan var

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəsəbə sakini, 1990-cı il təvəllüdlü M.Nəbiyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub və vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 35 yaşlı qadını onun qardaşı 20 yaşlı N.Musayev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisəyə səbəbin qadının ofisiant olaraq işləməsi olduğu deyilir. Qadın elə çalışdığı kafenin qarşısında bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə 35 yaşlı qadını bıçaqlayan qardaşı tutulub. Avtosfer.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M. Nəbiyevaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












