"Qarabağ"– "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Ayaks” futbol oyununun biletlərinin qeyri-qanuni onlayn satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
"Bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də onlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldə etməyi tövsiyə edirik", məlumatda deyilir.
Qeyd edilib ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












