Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu

Qazax rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb olunub. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, 1996-cı il təvəllüdlü Əkbər Vəliyev (ad-soyad şərti verilib – red.) Qazax rayonu ərazisində “fastloto365.com” saytına daxil olaraq onlayn kazino oyunları oynayıb. Məlum olub ki, Vəliyev 2025-ci ilin iyun ayından qanunsuz onlayn qumar oyunları oynayıb.
Həmin il iyun ayının əvvəllərindən "WhatsApp" tətbiqində olan onlayn kazino kod və link satışı səhifələrinin mövcudluğundan xəbər tutub. Bu qanunsuz onlayn kazino oyunlarında iştirak etmək qərarına gəlib. “WhatsApp” tətbiqində kontaktda adını “K” kimi qeyd etdiyi onlayn kazino səhifəsinə onlayn qumar oynamaq istədiyini yazıb, ona kart göndərmələrini istəytib.
“Cənub” kazinonun bank hesabına pul vəsaitləri köçürüb. Onlar da Vəliyevə kodlar, "fastloto365.com" və bu kimi linklər atıblar. O, da bu kod və “fastloto365.com” linki vasitəsilə onlayn kazino oyunlarını oynaya bilib. Kazino oyunlarında uduş tamamilə təsadüf və qeyri-müəyyənlikdən ibarət olub.
Bu onlayn kazino oyunlarına hissə-hissə olmaqla ümumilikdə 500 manat pul vəsaiti qoyub vəvəsaitlərin 300 manatını uduzub.
Sonuncu dəfə “Cənub” adlı onlayn qumar səhifəsindən pul köçürmə nəticəsində göndərilən link və kod vasitəsilə kazino oyunu oynayıb, 12 manat uduzub. Udduğu pulları isə göndərilən bank hesabına köçürüb.
Qazax Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












