Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Avtosfer.az xəbər verir ki, agentliyin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO














