Qəzaya düşən Xalq artistinin vəziyəti AÇIQLANDI - YENİLƏNİB

Hadisə 24 Avqust 2026 12:26
Qəzaya düşən Xalq artistinin vəziyəti AÇIQLANDI   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Şükufə xanımla görüşmüşəm, vəziyyəti normaldır."

Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Şükufə Yusupovanın bacısı oğlu Elman Ələsgərov deyib.

"Hazırda palatadadır. Təbii ki, ağrıları var, amma vəziyyəti stabildir. Yeyir, danışır. Əməliyyat olunması məsələsi hələ ki, sual altındadır. Reanimasiyadan təzə çıxıb, gərək bir az özünə gəlsin. Ondan sonra həkimlər bir qərar verəcəklər", - deyə E.Ələsgərov bildirib.

***11:36

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.

"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub. 

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh