Qubada gəlin qayınanasının başını divara çırpdı - Çay hazırlamaq davası

Qubada gəlin qayınanasını döyüb. Avtosfer.az xəbər verir ki, hadisə Gədikqışlaq kəndində qeydə alınıb. 26 yaşlı Mahizər Sultanova (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı qayınanasının saçından tutaraq, əvvəl sillə ilə üzünə vurub, sonra isə başını divara çırpıb. Bu əməlinə görə, Mahizər Sultanova saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ildə, 16 yaşında ailə qurub və hazırda 5 övladı var. Onun sözlərinə görə, qayınanası ilə dava işdən gələn ərinə çay hazırlamaq üstündə baş verib. Belə ki, Mahizər gecə saat 12-də işdən gələn ərinə çay hazırlamayıb və qayınanası bunun səbəbini soruşanda aralarında mübahisə yaranıb. Mübahisə zamanı gəlin qayınanasının üzünə sillə vurub, sonra saçından tutaraq, başını divara çırpıb. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb. Hadisə şahidi olan Mahizərin əri onu tutaraq, digər otağa aparıb və anası ilə arvadını ayırıb. Zərərçəkən qadın gəlinini bağışlamadığını və ona cəza verilməsini istədiyini deyib. Quba rayon Məhkəməsinin qərarı ilə Mahizər Sultanova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 aylıq islah işləri cəzasına məhkum edilib. (Lent.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












