Qusarda ağır qəza: Velosipedçi öldü, avtomobil aşdı - AÇIQLAMA - VİDEO

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.
Qəza zamanı BMW markalı avtomobil velosipedçini vurub, daha sonra nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı velosipedçinin öldüyü bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev açıqlamasında hadisənin bu gün saat 13 radələrində Qusar-Xudat yolunun 5-ci kilometrində baş verdiyini qeyd edib:
"Belə ki, BMW markalı 99-FN-105 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks hərəkət zolağına çıxaraq yolun orta hissəsində hərəkətdə olan velosipedçini vurub və daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2012-ci il təvəllüdlü velosipedçi aldığı bədən xəsarətlərindən hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır".
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













