“Quska”nın keçmiş vəkilinə yeni cinayət işi açıldı

Dələduzluq ittihamı üç il azadlıqdan məhrum edilərək bir müddət sonra azadlığa buraxılan keçmiş vəkil Ruhid Əkbərov yenidən cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əkbərov bu dəfə də dələduzluqda ittiham olunur.
Daha əvvəl iki nəfərin şikayəti ilə 3 il həbs cəzası almış hüquqşünasdan bu dəfə 1 nəfər şikayətçidir. İttihama görə, R.Əkbərov zərərçəkmişə hansısa cinayət işi ilə bağlı müsbət qərara nail olacağı barədə yalan vəd verərək onun 55 min manata yaxın pulunu ələ keçirib.
R.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Məhkəmənin sonuna kimi onun haqda həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruhid Əkbərov hazırda həbsdə olan “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin də vəkili olub. O, 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəldəuzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Bütün istintaq boyu azadlıqda olan 13 saylı Vəkil bürosunun vəkili məhkəmə zalında həbs edilmişdi. Sonradan cinayət əməlinə görə Vəkillər Kollegiyası üzvlüyündən xaric edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












