Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
Hadisə
6 Yanvar 2025 22:21

Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb.
Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.
Onu da əlavə edək ki, Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.
Oxunub : 974
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 15:11
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
28 Noyabr 2026 13:00
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
27 Noyabr 2026 18:54
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
27 Noyabr 2026 18:49
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
27 Noyabr 2026 09:23
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
26 Noyabr 2026 18:20
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
26 Noyabr 2026 18:00
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
26 Noyabr 2026 15:00
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
26 Noyabr 2026 11:50
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
25 Noyabr 2026 19:00
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
25 Noyabr 2026 18:00
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
25 Noyabr 2026 17:24
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
ŞƏRH YAZ











