"Range Rover"i 1020, Audi Q7"ni 500 manata satan polkovniklə bağlı qərar verildi

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilib.
O, "Azərterminalkompleks" Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə qanunsuz tenderlərin keçirilməsində ittiham edilib. Belə ki, gömrük polkovniki Xosrov Vahabzadə Cavid Əliyev adlı şəxsə "Azərterminalkompleks" Birliyində müsadirə olunmuş 42 ədəd avtomobili tenderdən kənar - "Audi Q7"ni 500 manata, "Mercedes C-class"ı 650 manata, "Range Rover"i 1020 manata, "Hyundai Elantra"nı 2000 manata və digər markalı avtomobillər satıb.
Sözügedən avtomobillərin sənədləri olmayıb və istifadəyə yararsız kimi qeydiyyata alınıb.
Bununla belə, sabiq rəis "Capitals Auction" MMC-nin direktoru Tuqay Rəhimlinin şirkətinə 1 qutusunun qiyməti 6 manat təşkil edən ümumi dəyəri 30 000 manat olan 5 000 qutu "Xyla-P" adlı "Lidocaine/Prilocaine" tərkibli dərman vasitəsinin bir ədədini 2 manata satışını həyata keçirib.
Sabiq rəis gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə bu işi həyata keçirdiyini etiraf edib.
Məhkəmənin qərarı ilə Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə o, zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib və təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib və 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










