Rəis müavininin sürücülük hüququ məhdudlaşdırıla bilər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin tabeliyində fəaliyyət göstərən Xəzər Dəniz Neft Donanmasının rəis müavini Mahir İsgəndərov barəsində inzibati iş başlanıb. Qaynarinfo-nun məlumatına görə, Mahir İsgəndərova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 529-cu maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Rufan Mürsəlov iş üzrə hakim təyin edilib.
Mahir İsgəndərov 2022-ci ildə "Donanmanın fəxri işçisi" döş nişanı ilə təltif olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












