"Roşka" ləqəbli tiktokerin məhkəməsində şahidin ifadəsi suallar doğurub

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutub. İclasda təqsirləndirilən şəxsin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilməsində iştirak edən polis əməkdaşlarından biri ifadə verib. Şahidin ifadəsinin bəzi hissələri ilə Rövşən Süleymanov razılaşmayıb, bu isə proses iştirakçıları arasında əlavə suallar yaradıb. Nəticədə şahid hakim və prokurorun çox sayda sualını cavablandırmalı olub. Digər şahidlərin iclasda iştirak etməməsi səbəbindən məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında polisin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma) ilə ittiham olunur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












