Rövşən Əsgərova cinayət işi açıla bilər

“Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərova Rusiyada cinayət işi açıla bilər.
APA xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanları məlumat verib.
Bildirilib ki, Rusiya Federasiyasında xarici agent kimi tanınıb Rövşən Əsgərov xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə onun barəsində cinayət işi açıla bilər.
“Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərdən yayındığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi) cinayət işi ilə üzləşib. Bunun üçün əsaslar var. Əgər iş başlansa, Əsgərovu iki ilə qədər həbs gözləyir”, - deyə agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.
İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.
Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












