Rusiyada çay daşdı: İnsanların olduğu avtobus çarəsiz vəziyyətdə qaldı - VİDEO

Rusiyanın Primorye diyarında çay daşıb.
Avtosfer.az xəbər verir ki, "Primorsklesprom" şirkətinin (taxta emalı şirkəti) əməkdaşları Terneyski rayonunda Amqa çayını keçməyə cəhd ediblər. Lakin içində əməkdaşların olduğu növbə avtobusu ("KamAZ" şassisi üzərində qurulan avtobus - red.) çayın ortasında qalıb. İnsanlar xilas olmaq üçün avtobusun damına çıxmalı olublar.
İlkin məlumata görə, işçilər xilas ediliblər və xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürətli axın səbəbindən Svetlaya yaşayış məntəqəsinə getmək mümkün olmayıb və Ust-Sobolevka kəndi ərazisində körpünü su aparıb.
Dalnereçenski və Pojarski rayonunda yüksək hazırlıq rejimi tətbiq edilib. Novokreşenka kəndində fövqəladə vəziyyət qüvvədədir və insanların çayı keçmələri üçün qayıqlardan istifadə edilir.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












