Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin məhkəməsi, Novıy Urenqoy sakininə sui-qəsd etməyə cəhd göstərən iki azərbaycanlının avtomobilini müsadirə edib.
Avtosfer.az yerli mediaya istinadla bildirir ki, maşın cinayət aləti hesab edildiyi üçün məhkəmə onu dövlət mülkiyyətinə keçirib. Lakin, məhkəmə hökm çıxararkən bu hal əvvəlcə nəzərə alınmayıb.
Qeyd olunur ki, birinci instansiya məhkəməsi avtomobilləri müsadirə etməyib. Buna görə, prokurorluq məhkəməyə apellyasiya şikayəti təqdim edib. Hər iki azərbaycanlı mayın 7-də Novıy Urenqoy məhkəməsinin hökmü ilə 11 il müddətinə ciddi rejimli həbsxanada azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2024-cü ilin iyununda baş verib. İki azərbaycanlı Novıy Urenqoy sakininə hücum edib. Əvvəlcə onu avtomobillə vurublar, daha sonra isə bıçaqla qarın nahiyəsinə zərbə endiriblər. Zərərçəkmiş vaxtında tibb müəssisəsinə çatdırıldığı üçün xilas olunub.(lent.az)
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












