Rusiyada narkotik becərən azərbaycanlı saxlanıldı - FOTO

Rusiyanın Mordoviya Respublikasında 44 yaşlı Azərbaycan əsilli şəxs narkotik vasitələrin qanunsuz saxlanması ittihamı ilə məhkum edilib. Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, adı açıqlanmayan şəxs Rusiya Federasiyası vətəndaşlığnıı qəbul edib və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, Saranqsk şəhərində topdansatış bazasında tərəvəz və meyvə satışı ilə məşğul olub və həmin ərazidə anbar icarəyə götürüb. Daxili İşlər Nazirliyinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət İdarəsinin əməkdaşları, həmçinin regional Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri tərəfindən anbara baxış keçirilib. Axtarış zamanı hüquq-mühafizə orqanları iki dibçəkdə çətənə bitkiləri olan “grouboks”, eləcə də bitki hissələri və 18,3 qram marixuana, toxumlar olan paketlər və digər ləvazimatlar aşkar ediblər. DİN-in açıqlamasında bildirilir ki, saxlanılan şəxs narkotik tərkibli bitkini şəxsi istifadəsi üçün yetişdirdiyini etiraf edib. Məhkəmənin qərarı ilə o, 25 min rubl (528 manat) məbləğində cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















