Rüşvət alan məmura 9 il həbs cəzası

Rüşvətdə ittiham edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Amil Abdullayevin məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi keçmiş məmuru Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü (Vəzifə səlahiyyətlərindən su-istifadə və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib. Ona 9 il həbs cəzası təyin edilib.
A.Abdullayevlə birgə təqsirləndirilən və həmin idarədə meşəbəyi kimi çalışmış Fədail Babayev isə cinayətdə iştirakda təqsirli bilinib. Ona 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Qeyd edək ki, A.Abdullayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla tutulmuşdu. İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












