Şabran körpüsünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb - FOTOLAR

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində inşa edilmiş körpünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a yerli sakinlər məlumat veriblər. Onların iddialarına görə, 2010-cu ildə istifadəyə verilmiş həmin körpü ilə çoxtonnajlı yük maşınlarının intensiv hərəkəti zamanı evlərdə güclü silkələnmə hiss olunur. Bunun nəticəsində yaxınlıqdakı evlərin bir çoxunun divarlarında çatlar əmələ gəlib. Sakinlər deyiblər ki, buna görə evlərini təmir edə, yaxud da sata bilmirlər. Ona görə də ərazidəki ailələrin bir qismi öz mülklərini tərk etmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, layihə ilə sözügedən körpünün altına düşən evlərin problemi zamanında həll olunsa da, ətrafdakı digər evlərlə bağlı hələlik yekun qərar verilməyib:
"2006-cı ilin fevral ayında Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar yolun rayon ərazisindən keçən hissəsinə baxış keçirilib. Bu zaman 12 fərdi yaşayış evinin körpünün altına düşdüyü müəyyən edilib. Yolun tikintisi zamanı həmin evlər sökülüb və sahiblərinə kompensasiya ödənilib. Körpüyə yaxın olan digər evlərə baxış keçirilsə də, onlarla bağlı hələ qərar qəbul edilməyib. Şabran Rayon İcra Hakimiyyəti bununla bağlı müvafiq qurumlara müraciət göndərib, cavab gözlənilir".




Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












