Şabranda dördüncü mərtəbədən yıxılan yeniyetmə ilə bağlı AÇIQLAMA

Şabran şəhəri M.Hüseynzadə küçəsində dördüncü mərtəbədən yıxılan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir.
"Yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq xəsarət alan 2009-cu il təvəllüdlü şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası ilə hospitalizasiya edilib.
Onun qarın boşluğunda daxili qanaxma, sağ qolunda iki nahiyədən sınıq qeydə alınıb və dalağın ekstirpasiyası əməliyyatı (hansısa orqanın cərrahi üsulla tam çıxarılması - red.) icra olunub. Xəstəyə zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü yeniyetmə ehtiyatsızlıq səbəbindən yaşayış binasının dördüncü mərtəbəsindəki açıq pəncərədən yıxılıb və Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
***
30 may
Şabran rayonunda 15 yaşlı oğlan dördüncü mərtəbədən yıxılıb.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin M.Hüseynzadə küçəsində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü T. Mədətli ehtiyatsızlıq ucbatından yaşayış binasının dördüncü mərtəbəsindən açıq pəncərədən yıxılıb.
Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
(unikal)
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək












