Şağan bələdiyyəsinin sədrinə hökm oxunub

Xəzər rayonu Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup bələdiyyə əməkdaşı - Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib. Digər şəxslərə müxtəlif məbləğlərdə cərimə cəzası tətbiq edilib.
Xatırladaq ki, 2023-cü ilin iyul ayında Xəzər rayonu, Şağan Bələdiyyəsinin sədr vəzifəsini icra edən Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər. Sevinc Atayeva Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham olunublar.
Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
S.Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərdən birində direktor müavini vəzifəsində çalışır.
Cinayət işində zərərçəkmiş qismində Xəzər rayonu Şağan bələdiyyəsi və Aydın Əliyev tanınıb.
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Bakıda şok olay: Ərinin xəyanətini öyrəndi, maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO










