Şagird sinif yoldaşının cinsiyyət orqanını kəsib? - İcradan AÇIQLAMA + VİDEO

31 may axşam saat 22:00-da Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd nümayəndəsi Ələkbər Quliyev Teleqraf.com-a hadisə ilə bağlı məlumat verib.
O bildirib ki, şagirdlər arasında söyüş mübahisəyə səbəb olub:
"Ailələr insidentli ailə deyil. Məqsəd qorxutmaq olub. Valideynləri və məktəb rəhbərliyi ilə danışdıq. Tərbiyəsiz uşaqlar da deyillər. Orta səviyyədə oxuyan şagirdlərdir. Sadəcə söyüşü qüruruna sığışdırmayıb. Nəticədə bu hadisə baş verib. Dava beş-altı nəfərin arasında olub. Dava edənlər eyni sinfin şagirdləri deyillər. Mətbuatda yazıldığı kimi cinsi orqanın kəsilməsi məlumatı doğru deyil. Elə şey olmayıb. Bu barədə həkim rəyi də var. Bir şagird o birisinə dırnaqtutana bənzər alətlə xəsarət yetirib. Məncə, bu məsələdə məktəb də günahkardır ki, şagirdlər üstlərində belə alət gəzdirirlər. Bildiyim qədəri ilə uşaq artıq evə buraxılıb, ciddi xəsarəti olmayıb".
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












