Şagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı AÇIQLAMA - FOTO

Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub.
“Agentliyin əməkdaşları tərəfindən ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin satış vitrinində və anbarda yararlılıq müddəti bitmiş, saxlanma qaydasına əməl olunmayan saqqız məhsulları aşkarlanmayıb. “Dirol” əmtəə nişanlı saqqız məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən həmin saqqız məhsulunda uyğunsuzluq aşkarlanmayıb.
Məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim edilən qida məhsullarının isə saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, hadisə dekabrın 11-də baş verib. Zəhərlənmə şikayəti ilə 5 nəfər (oğlan) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına, 3 nəfər (oğlan) isə Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra müalicə üçün evə buraxılıblar.






Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












