Salyanda kişi qısqanc sevgilisini döyüb dişlədi

Salyanda kişi onu qısqanan sevgilisini dişləyib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaraçala qəsəbəsində baş verib.
İttiham aktına görə, qəsəbə sakini olan qadın sevgilisi, 32 yaşlı Elgün Muradovu (ad və soyad şərtidir) qısqanıb. Belə ki, o, Elgünə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilməyib və onun başqa qızlarla danışdığını düşünüb. Bunu Elgünə bildirəndə sevgililər arasında mübahisə düşüb. Sevgilisinin evində yaranan mübahisə zamanı Elgün qadının baş və bədəninin digər nahiyələrinə əl ilə zərbələr vurub. Amma Elgünün əsəbi soyumayıb və zərərçəkənin qolundan da 2 dəfə dişləyib.
Qadının polisə şikayəti əsasında Elgün saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən qadın da Elgün Muradova qarşı şikayət və ya tələbinin olmadığını deyib.
Salyan Rayon Məhkəməsinin qərarı ilə Elgün Muradova 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












