Şamaxıda 49 yaşlı kişi iki nəfəri bıçaqladı - YENİLƏNİB

Şamaxıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı bıçaq xəsarətləri alan Laçın və Əlisəfa Məmmədovlar qardaşdırlar.
Hadisəni törədən F.Əhmədov isə onların qonşusu olub.
İnsidentə səbəb isə Məmmədovlar qardaşlarının həyətindən gələn kəskin peyin qoxusu olub.
Tərəflər arasında bununla bağlı mütəmadi mübahisələr olub. Son mübahisə isə qanla bitib.
(oxu.az)
***
09:35
Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












