Şəhid polkovnikin daha bir qardaşı dünyasını dəyişdi

Vətən Müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə daha bir ağır itki üz verib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib. Axşam saatlarında qəfildən halı pisləşdiyini görən əmisi oğlu onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatı xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.
Mərhum, bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atasının dəfn mərasimində iştirak edib.
Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov bu ilin may ayında dünyasını dəyişib. O, Biləsuvarda qardaşının məzarının yanında dəfn edilib.
Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












