Şəkidə göldə çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və üzərində tapança gəzdirən 34 yaşlı Nicat Cəfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq cinayətlərinə görə dəfələrlə məhkum edilmiş həmin şəxsdən “Makarov” markalı tapança götürülüb. Davam etdirilən tədbirlərlə N.Cəfərovun rayonun Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün “ada” hissəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib.
Həmin yerə baxış keçirilərkən ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini bildirib. N.Cəfərov ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb.
Məhkəmənin qərarı ilə N.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO


















