Şəkidə sahibsiz it sürüsü evə hücum edib

Şəki rayonunda sahibsiz it sürüsü yaşayış evinə hücum edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib. Belə ki, Sadəddin Allahverdiyevə məxsus evə hücum edən sahibsiz it sürüsü iki qoyunu parçalayaraq öldürüb, birini isə yaralayıb.
Şəki Rayon Heyvan Xəstəlikləri və Baytarlıq xidmətindən "Report" un yerli bürosuna bildirilib ki, bu il də epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya həyata keçirilib:
"Bundan başqa, epizootik durumu sabit saxlamaq üçün ətraf ərazilərə aldadıcı yemlər də qoyulub".
Şəki Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Bildirilib ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlara yerləşdirilməlidir:
"Hazırda şəhərdə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. Şəhər ərazisində bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə, Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












