Şəkidə təmir olunan maşın yanaraq kül oldu - FOTO

Şəki şəhərinin Zərifə Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv.m olan və 10-a yaxın avtomobil təmiri sexindən ibarət obyektdə yanğın baş verib.
Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin sözləri və yanğın yerinin ilkin təhqiqatından sonra bəlli olub ki, rayon sakini Rafiq Həsənov özünə məxsus avtomobili təmir üçün sexdəki ustalardan birinə təhvil verib.
Usta təmir işləri apararkən köməkçisinə avtomobilin yanacaq çənindən benzin çıxarmasını tapşırıb. Hadisə də elə bu anlarda baş verib. Alovlanma baş verən andan yaxınlıqdakı digər sexin işçiləri tədbir görməyə başlayıblar. Həmçinin hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı alınıb. Lakin təmir edilən avtomobilin konstruksiyaları yanıb. Hadisə zamanı tüstüdən boğulma və xəsarət alan olmayıb. Yanğının daha dəqiq başvermə səbəbləri araşdırılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














