Şəkidə təmirə gələn avtomobil yanaraq yararsız hala düşüb

Şəkidə avtomobillərin təmiri servisində yanğın olub, təmirə saxlanılmış minik avtomobili yanaraq yararsız hala düşüb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yanğın hadisəsi axşam saatlarında Şəki şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv/m olan və 9 avtomobil təmiri sexindən ibarət servisdə baş verib.
Yanğın servisin sexlərindən birində təmir üçün qoyulmuş rayon sakini Rafiq Qüdrət oğlu Həsənova məxsus minik avtomobilində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikları və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları və sexin tavan hissəsi yanıb.
Bitişik tikilən digər sexin isə tavanı 5 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












