Şəkidə torpaq sürüşməsi: Evlərin divarlarında çatlar yarandı - FOTO

Şəkidə torpaq qatında sürüşmə müşahidə edilib. Bu səbəbdən ətrafdakı yaşayış evləri üçün təhlükə yaranıb.
Avtosfer.az xəbər verir ki, hadisə Şəki şəhərinin "18-ci rayon" deyilən Tolstoy küçəsində qeydə alınıb.
İlkin hesablamalara görə, sürüşmə ərazisinin uzunluğu 36 m, hündürlüyü 5 metrdir və həmin sahə çöküb. Sürüşmədən sonra ərazidəki evlər üçün də ciddi təhlükəli vəziyyət yaranıb.
Evlərin divarlarında iri çatlar əmələ gəlib, dəmir dirəklər havada qalıb. Evlərin uçmasından ehtiyyat edən sakinlər deyirlər ki, ərazidə aktiv sürüşmə 2015-ci ildəki zəlzələdən sonra başlayıb. Son günlər aramsız yağan yağışlar sürüşməni daha da intensivləşdirib.
Sakinlərin sözlərinə görə, 2022-ci ildə aidiyyatı orqanların nümayəndələri yaranmış vəziyyətlə bağlı sözügedən əraziyə baxış keçiriblər. Sürüşən torpaq qatının qarşısını almaq üçün qoruyucu divar çəkiləcəyi vəd olunub. Amma bu istiqamətdə heç bir iş görülməyib.
Havaların qeyri-sabit daha çox yağıntılı keçməsi ərazidə növbəti torpaq sürüşməsi ehtimalını daha da artırır. Tədbirlər görülməyəcəyi təqdirdə sürüşmə zonası genişlənə və evlərin uçma təhlükəsi hər an arta bilər.
(bizim.media)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB


















