Səkkiz nəfərə qarşı dələduzluq edən mebel şirkətinin rəhbərinə hökm oxunub

Etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan “Martwood” mebel şirkətinin rəhbəri barədə hökm çıxarılıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Teymur Məhərrəmov Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.
İttihama görə, T.Məhərrəmov 8 nəfərdən müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 100 min manatdan artıq pul alıb. Zərərçəkmişlər arasında ən çox ödəniş edən şəxs 30 min manat ödəyib.
T.Məhərrəmov aldığı vəsaitlərin qarşılığında mənzil və ofislər üçün mebel sifarişləri götürsə də, öhdəliklərini yerinə yetirməyib və sifarişçiləri aldadıb.
Məhkəmədə özünü təqsirli bilən T.Məhərrəmov ifadəsində bildirib ki, sifarişləri yerinə yetirə bilməməsinin müxtəlif səbəbləri olub. O, mebel materiallarını Türkiyədən sifariş etdiyini, gecikmələr səbəbindən problemlər yarandığını və aldığı ödənişləri digər sifarişlərin icrasına xərclədiyini deyib. Təqsirləndirilən şəxs heç kimi qəsdən aldatmaq niyyətində olmadığını qeyd edib.
Məhkəmə istintaqı zamanı T.Məhərrəmovun zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyi, eləcə də zərərçəkənlərin ondan şikayətçi olmadığı məlum olub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Məhərrəmov barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












