Şəmkir bələdiyyəsinin sədrindən şikayət edən şəxs cəzalandırıldı

Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənovdan dövlət qurumlarına şikayət edən şəxslə bağlı qərar verilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü, Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yaşayan Asiman Quliyev adlı şəxsə Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
İddia olunub ki, Asiman Quliyev dövlət orqanlarına yazdığı ərizə və sosial şəbəkə paylaşımlarında bələdiyyə sədrinə böhtan atıb, şərəf və ləyaqətini alçaldıb. Asiman Quliyev iddia edib ki, 2020-ci ildə Şəmkir şəhər bələdiyyəsinin sədri Vüqar Həsənov rayon ərazisində iki torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar Kifayət Alıyeva adlı şəxsin vasitəsilə ondan 18000 manat pul alıb. Lakin ona sonradan yalnız bir torpaq sahəsi ayırılıb.
2022-ci ildə ona məlum olub ki, torpaq sahəsi başqa bir şəxsə verilib və həmin şəxs orada ev tikib. Bundan sonra o, bu barədə dəfələrlə dövlət orqanlarına ərizələrlə, o cümlədən, sosial şəbəkələr və televiziya kanalları vasitəsilə müraciətlər edib. Təqsirləndirilən şəxs bələdiyyə sədri barəsində heç vaxt nalayiq ifadələr işlətmədiyini, onu təhqir etmədiyini də bildirib.
Məhkəmədə bələdiyyə sədrinin nümayəndəsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Asiman Quliyev yalnız Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 9 ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək şərti ilə cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












